Gələn il Xəzərdə sahilyanı ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək.
RİA Novostinin məlumatına görə, təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək.
Bundan başqa Rusiya və Azərbaycanın hərbi-dəniz qüvvələri ayrıca birgə təlim keçirəcəklər.
Rusiyanın Cənib-Şərq Dairəsindən verilən məlumata görə, Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək.
Bu gəmilərin əsas işi ölkənin iqtisadi zonasını qorumaqdır.