Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:33

Azərbaycan rejissoru "Sevən qadın"ı Kalmıkiyada təqdim edəcək


Teatr loqosu
Teatr loqosu

-

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov yeni tamaşaya quruluş vermək üçün Kalmıkiya Respublikasına ezam olunub.

Hazırda rejissor, yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa (iki hissəli komediya) üzərində yaradıcılıq işi aparır.

Quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları çıxış edəcəklər.

İlk tamaşanın bu il dekabrın 12-də və 13-də baş tutacağı xəbər verilir.

Xəbərdə bildirilir ki, teatr rəhbərləri arasında imzalanmış müqaviləyə uyğun olaraq, 2015-ci ilin mayında Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün Bakıya ezam olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG