-
Bakının Qaraçuxur qəsəbəsindəki məsciddə yanğınla bağlı cinayət işi başlanıb.
Bu haqda AzadlıqRadiosuna Baş prokurorluq mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Yanğın faktı ilə bağlı Suraxanı rayon polis idarəsində CM-nin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə iş açılıb.
İstintaq qrupu araşdırma aparır, məscidi yandırmağa cəhd göstərənlərin kimliyinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Noyabrın 25-dən 26-a keçən gecə Qaraçuxurdakı məsciddə yanğın olub. Naməlum şəxslər məscidə yanacaq olan şüşə qab atıblar.
Məsciddəki şəxslər yanğının qarşısını alıb.