Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 13:35

Vaxtilə holokost qurbanlarına məxsus 8 ayaqqabı Polşanın Majdanek həbs düşərgəsindən oğurlanıb. Hazırda burada dövlət muzeyi yerləşir.

Polşanın PAP agentliyi noyabrın 25-də xəbər yayıb ki, polis oğurluq hadisəsinin noyabrın 18-20-də baş verdiyini düşünür. Muzey əməkdaşı ayaqqabıları qoruyan metal şəbəkənin kəsildiyini və ayaqqabıların oğurlandığını görüb.

Bu muzeydə həbs düşərgəsində öldürülmüş 56 min yəhudinin ayaqqabısı saxlanır. Düşərgə II Dünya Müharibəsində Polşanı tutmuş nasist Almaniyası tərəfindən idarə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG