Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 17:54

Çexiya prezidentinin Qazaxıstana səfərində 450 milyonluq müqavilələr imzalanır


Qazaxıstanda iki günlük səfərdə olan Çexiya prezidenti Milos Zeman noyabrın 24-də Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Prezidentlər ticarət, kənd təsərrüfatı, eləcə də mədəniyyət sahəsində ikitərəfli əlaqələri müzakirə ediblər.

Prezidentlərin danışığından sonra keçirilən Qazax-Çex Biznes Forumunda qiyməti 450 milyon dollar olan 13-dən çox müqavilənin imzalanacağı gözlənilir.

Nazarbayev bildirib ki, indinin özündə Qazaxıstanda 70-dən çox birgə Qazax-Çex müəssisəsi var. O cümlədən, Çexiyanın Skoda maşınlarının Qazaxıstanda yığılması təşkil olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG