Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:50

Olzhas Suleimenov: "Qazaxıstanın tam müstəqil olmasının əleyhinəyəm"


Olzhas Suleimenov: "Qazaxıstanın tam müstəqil olmasının əleyhinəyəm"
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Olzhas Suleimenov: "Qazaxıstanın tam müstəqil olmasının əleyhinəyəm"

-

“Əgər biz tam müstəqil olsaq, bu, Qazaxıstan üçün böyük təhlükəyə çevriləcək. Biz öz köhnə qonşularımızla eyni ittifaqda olmalıyıq”.

Tanınmış qazax şairi, ictimai xadimi Olzhas Suleimenovun AzadlıqRadiosunun Qazaxıstan xidmətinə müsahibəsindən:

- Ukraynadakı böhran, Krımın anneksiyası və Ukraynanın şərqindəki vəziyyət qazax cəmiyyətində parçalanma yaratdı. Aydın oldu ki, qazaxıstanlılar arasında Rusiyanın xarıcı siyasətinin həm tərəfdarları, həm də əleyhdarları var. Bu sizi narahat edirmi?

- Mən buna “parçalanma” deməzdim. Fərqli fikirlər var. Ümumilikdə Qazaxıstanda məsələyə belə yanaşırlar:

Ukraynada bütün bu fırtınalara səbəb olmuş qüvvələr, şübhəsiz ki, dərhal “rus dili Ukrayna ərazisində qanundan kənardır” deməklə böyük siyasi səhvə yol verdilər. Bununla da milyonlarla insanı itələyib özlərindən uzaqlaşdırdılar. Hər şeyin kökündə bu dayanır.

Bizdə də buna oxşar cəhdlər olub, amma qarşısını almışıq. Buna görə də, allaha şükür ki, Qazaxıstanda vətəndaş müharibəsi, belə dramatik hadisələr olmayıb. Biz deyirik ki, bütün dillər, bütün xalqlar, bütün dinlər bərabərdir, eyni hüquqlara malikdir. Amma qazax dili dövlət dilidir. Hamı bunu anlayışla qarşılayır. Tədricən qazax dili millətlərarası ünsiyyət vasitəsinə çevriləcək. Bizim siyasətimiz buna yönəlib. Amma bunu zor gücünə etmirik. Bizi bir respublika, dövlət və millət olaraq bu qoruyub saxlayacaq.

- Ulraynada baş verənlərə şəxsən sizin öz münasibətiniz necədir? Bu hadəsələrdə “Kremlin əli”ni, yaxud “Qərbin müdaxiləsi”ni görürsünüzmü?

- Orda hamının əli var: Qərbin də, Moskvanın da. Hamının. Fərqləndirmək çətindir.

- Hər halda, bu məsələdə mövqeyiniz necədir?

- İstəyirəm ki, Ukraynada sülh bərqərar olsun. Mövqeyim bundan ibarətdir. Qoy ukraynalılar özləri öz aralarında danışıb razılığa gəlsinlər. Donbasdakılar, Luqanskdakılarla anlaşsınlar. Dinc yolla, silahsız, qətliamsız. İnanıram ki, sonda buna nail ola biləcəklər. Anlaşıb ya yollarını ayırsınlar, ya da bir yerdə olsunlar.

- Gələn ilin əvvəlindən Qazaxıstan, Rusiya və Belarus arasında Avrasiya İqtisadi Birliyi fəaliyyətə başlayır. Məlum olduğu kimi, Rusiya hazırda Qərbin sanksiyaları ilə üz-üzədir, onun iqtisadiyyatında neqativ hallar baş verir. Belə bir ölkə ilə iqtisadi birliyi dəstəkləyirsinizmi?

- Əlbəttə ki, dəstəkləyirəm. Avrasiya İttifaqı mənim də çoxdankı ideyalarımdandır. Mən onu Nazarbayevdən də əvvəl səsləndirmişəm. Düşünürəm ki, Rusiya, Qazaxıstan, Belarus və başqa respublikalar, şübhəsiz ki, gələcək ittifaqda təmsil olunacaq, həmin ittifaq Avropa Birliyi ilə birləşərək nəhəng, qlobal Avrasiya İttifaqı yaradacaq. Atlantik Okeanından Sakit Okeana qədər. Bu mənim arzumdur.

- Necə bilirsiniz, böhran vəziyyətində olan Rusiya ilə yaxınlaşmaq Qazaxıstana, iqtisadi və təhlükəsizlik baxımından mənfi təsir etməz ki?

- Əksinə, mən hesab edirəm ki, böyük Rusiya ilə yaxınlaşmaq bu gün baş verən bir hadisə deyil, biz əsrlərdi yaxınıq. Bu əksinə Qazaxıstanın təhlükəsizliyini təmin edir. Çünki Qazaxıstan böyük bir ərazini əhatə edir (2 milyon 700 min kv. km.) və cəmi 17 milyon əhalisi var. Bu torpaq təbii ehtiyatlarla zəngindir. Buna iddialılarsa çoxdur...Əgər biz tam müstəqil olsaq, bu, Qazaxıstan üçün böyük təhlükəyə çevriləcək. Biz öz köhnə qonşularımızla eyni ittifaqda olmalıyıq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG