Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:52

Oljas Süleymenov xəstəxanaya düşdü


Tanınmış qazax şairi, Qazaxıstanın YUNESCO-dakı nümayəndəsi Oljas Süleymenov sentyabrın 5-də təzyiqinin kəskin artması (hipertonik böhran) diqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Oxu zalı” “Trend” agentliyinə istinadla xəbər verir ki, şairin halı Orta Asiya ölkələrinin UNESCO üzrə milli komissiyalarının Astanada keçirilən regional müşavirəsi zamanı pisləşib.

75 yaşlı şairin yerləşdirildiyi Milli Elmi-Tibbi Mərkəzin direktoru Abay Bayqenjin deyib ki, “hipertonik böhran xroniki yorğunluqla bağlıdır. Süleymenov bizim həkimlərin nəzarəti altında hələ ki xəstəxanada qalacaq”.

Bayqenjin bildirib ki, xroniki yorğunluğun səbəbi təyyarə ilə uzaq səfərlərdir.

“O, mütəmadi olaraq Parisdən Almatıya, Almatıdan bura uçur. Bakıya da səfər etmişdi. İstirahət etməyə vaxtı olmur”.

Süleymenov 2002-ci ildən Qazaxıstanın Parisdə - YUNESCO-dakı nümayəndəliyinin rəhbəridir.

O, bu ilin mayında Bakıda olarkən “Dostluq ordeni” ilə təltif edilib.
XS
SM
MD
LG