Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 05:26

İran azərbaycanlıları haqda serial çəkiləcək


İran və Türkiyənin müştərək layihəsi əsasında 2015-ci ildə “Ayatay” serialı çəkiləcək.

-

İran və Türkiyənin müştərək layihəsi əsasında İranda yaşayan İran azərbaycanlılarının Birinci Dünya müharibəsi dövründə yaşamını əks etdirən serial çəkiləcək.

Qəhrəmanın adı ilə “Ayatay” adlandırılacaq serialın istehsalına 2015-ci ilin martında başlanacaq.

Serialın rejissoru və ssenari müəllifi iranlı kinorejissor Hüseyn Pursəttar, prodüseri Cəlil Əsğəridir.

Türkiyənin “Asli İslamoğlu” film şirkəti ilə birgə istehsal olunacaq serial İranın Şərqi Azərbaycan vilayətinin Təbriz, Vərzəqan, Əhər şəhərlərində və Tehranda çəkiləcək.

Türkiyədə çəkilişlər İstanbul, Ankara və Ərzurum şəhərlərində aparılacaq.

Filmin bəzi hissələrinin Azərbaycanda çəkilməsi də nəzərdə tutulub.

Serialda Türkiyə və İranın tanınmış aktyorları rol alacaqlar.

Ekran əsəri Türkiyənin “SHOWTV” və İranın “Nomayesh” kanalında yayımlanacaq.

XS
SM
MD
LG