Noyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergei Lavrovun Dövlət Dumasında çıxışında Ukraynanın şərqindəki böhrandan danışacağı gözlənir.
Bu çıxışdan öncə Lavrov Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier-lə görüşüb. Məlumata görə, tərəflər Minsk protokoluna əməl etməyin vacibliyini vurğulayıb, Ukraynada münaqişə tərəflərini, Rusiya və ATƏT-i dialoqa çağırıb.
Steinmeier deyib ki, Minsk razılaşmasının Ukraynanın şərqində durumu dəyişə biləcəyinə nikbin yanaşmır. Steinmeier Moskvaya Kiyevdən gəlib. Ukrayna prezidenti Petro Poroshenko ona bildirib ki, Rusiya 5 sentyabr tarixli atəşkəs sazişinə əməl etməyib.
NATO-nun baş katibi Jens Stoltenberg noyabrın 18-də Rusiyanı həm Ukraynanın şərqində, həm də sərhədin Rusiya tərəfində “hərbi qüvvələri ciddi şəkildə artırmaqda” ittiham edib.