Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:02

Azərbaycanlını arbaletlə öldürən qadına 11 il həbs cəzası verildi


Moskvada arbaleti yoxlamaq məqsədilə 29 yaşlı azərbaycanlını öldürən qadın killer 11 il həbs cəzası alıb.

Məhkəmənin noyabrın 17-də qəbul etdiyi qərarda deyilir ki, 41 yaşlı Sergey Kuznetsov adlı moskvalı borclu olduğu adamları öldürmək üçün 33 yaşlı Marina Chertova adlı qadına sifariş verib. Kuznetsov Chertovaya bu məqsədlə sualtı ov üçün nəzərdə tutulan arbalet verib.

İnterfaks agentliyinin məlumatına görə, Chertova arbaletin gücünü yoxlamaq üçün kafedə təsadüfən tanış olduğu bir azərbaycanlını su anbarının qırağına gəzməyə dəvət edib və burda gizlətdiyi arbaletlə ona atəş açıb.

Hadisə 2012-ci ilin sentyabrında Moskvada olub.

Məhkəmə Kuznetsova 12 il həbs cəzası kəsib.

XS
SM
MD
LG