Minsk qrupu helikopterlə bağlı bəyanat yayıb
Həmsədrlər noyabrın 12-də Azərbaycan qüvvələrinin vurduğu hərbi helikopterin düşdüyü əraziyə humanitar girişin olmamasından dərin narahatlıq bildirirlər.
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu noyabrın 19-da bəyanat yayıb. Bəyanatı həmsədrlər – Rusiyadan Igor Popov, ABŞ-dan James Warlick və Fransadan Pierre Andrieu imzalayıb. Həmsədrlər noyabrın 12-də Azərbaycan qüvvələrinin vurduğu hərbi helikopterin düşdüyü əraziyə humanitar girişin olmamasından dərin narahatlıq bildirirlər. Ətraflı burada oxu
Qarabağa 47000 əsgər gətirib hərbi #Helikopter uçuran ermənilərə etiraz http://t.co/e6BSF9647I http://t.co/ZFPIj6AI8q
— AzadliqRadiosu (@RadioAzadliq) 22.11.2014
Erməni pilotlarının meyidləri haqda ziddiyyətli məlumatlar
Erməsnitan müdafiə nazirliyi az qala fəxrlə elan edir ki, xüsusi əməliyyat keçirərək meyidləri Azərbaycan ordusunun atəş altında saxladığı ərazidən çıxara bilib. Azərbaycan müdafiə nazirlyi əmin edir ki, məlumat yalandır.
Azərbaycan səmasında vurulan erməni hərbi vertolyotu ətrafında yeni mübahisələr yaranıb. Ermənistan bəyan edir ki, vertolyotun düşdüyü ərazidə xüsusi əməliyyat keçirərək erməni pilotlarının qalıqlarını çıxara biliblər, bu zaman 2 Azərbaycan əsgərinin də öldürüldüyü iddia olunur.
AzadlıqRadiosunun erməni xidməti Ermənistan müdafiə nazirlyinin mətbuat katibi Artsru Avanisian-dan sitat gətirir ki, xüsusi əməliyyat zamanı pilotların meyidləri və vertolyotun vacib hissələri ərazidən çıxarılıb. “Pusqudakı Azərbaycan əsgərlərinə yetirilən itkiləri də nəzərə alsaq, bacarıqla aparılan bu xüsusi əməliyyatın misli yoxdur” – bunu öz FB səhifəsində yazan Avanisian əlavə edir ki, bir neçə gündən sonra öldürülən Azərbaycan əsgərlərinin adı bəlli olacaq, Azərbaycan müdafiə nazirliyi onların bədbəxt hadisə nəticəsində təsadüfən həlak olduğunu elan edəcək.
Azərbaycan müdafiə nazirliyi xəbərin yalan olduğunu bildirərək onu Ermənistanın növbəti təxribatı adlandırır. Həmin istiqamətdə Azərbaycanın heç bir itki vermədiyini bildirən Azərbaycan müdafiə nazirliyi belə bir ehtimal irəli sürülür ki, Ermənistanın hərbi rəhbərliyi əvvələr həlak olan hərbçilərin meyidlərini nümayiş etdirməklə öz xalqını aldatmağa calışacaq. “Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir” – deyə bəyanatda erməni tərəfininin ittihamlarına cavab səslənir.
AzadlıqRadiosunun erməni xidmətinin verdiyi məlumata görə, öldürülən pilotlardan birinin atası, Edgar Ayrapetian meyidlər arasında öz oğlunu tanıyıb.
Xatırladırıq ki, noyabrın 12-də vurulan vertolyot pilotlarının meyidlərinin çıxarılması üçün ATƏTin vasitəçiliyi ilə danışıqlar aparılırdı. Xəbər verilirdi ki, Azərbaycan meyidləri ermənilərin girov götürüb Xankəndində məhkəmə qurduqları 2 Azərbaycanlı ilə dəyişməyi təklif edir, Ermənistan isə təklifi rədd edir.
Danışıqlar zamanı ATƏTin istifadə etdiyi “neytral zona” ifadəsi ilə bağlı qalmaqal da yaranmış, Azərbaycanın etirazlarında sonra, ATƏT vasitəçiləri ifadəni “heç kimin nəzarət etmədiyi əraziyə” dəyişmişdilər. Regioan səfər edən A.Kasprzyk Xankəndinən vertolyotun düşdüyü əraziyə getməyə cəhd etsə də, sonradan fikrindən daşınaraq Bakıya səfər etmişdi.
Noyabrın 12-də Ağdam rayonu üzərində vurulan erməni helikopterinin pilotları – Mayor Sergey Sahakian, leytenant Azat Sahakian və baş leytenant Sargis Nazarian.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyir ki, erməni pilotlar Ermənistan rəhbərliyinin avantürist, təcavüzkar siyasətinin qurbanı olublar:
«Onlar öz xoşları ilə ora gəlməmişdilər. Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq düzgün deyil».