Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

Rusiya almaniyalı diplomatı da ölkədən çıxartdı


Rusiya bildirib ki, bir Almaniya diplomatını ölkədən çıxardıb. Noyabrın 17-də Rusiyanın xarici işlər nazirliyi elan edib ki,Almaniya diplomatı ölkədən həftəsonu çıxarılıb vəbu, Almaniyanın atdığı “qeyri-dost” addıma cavabdır. Bundan əvvəl Berlində Rusiyalı diplomata ölkəni tərk etmək əmr olunmuşdu.

Xarici işlər nazirliyi bildirir ki, Rusiyanın atdığı addım “simmetrikdir”.

Noyabrın 17-də Rusiya bildirdi ki, bir neçə polşalı diplomat da ölkədən çıxarılır. Rusiya onları diplomat statusuna uyğun olmayan fəaliyyətlə məşğul olmaqda ittiham etdi.

Rusiya bildirir ki, bundan az əvvəl rusiyalı diplomatlar da Polşadan çıxarılıb.

XS
SM
MD
LG