Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Gürcüstan prezidenti deputatları Avropa yolunda birləşməyə çağırıb


Giorgi Margvelashvili
Giorgi Margvelashvili

Gürcüstan prezidenti Georgi Bargvelashvili deputatlara ölkənin siyasi böhranda olduğunu xəbərdarlıq edib və parlamenti Avropa yolunda birləşməyə çağırıb.

O noyabrın 14-də bildirib ki, nazirlər kabinetinin Avropa Birliyi və NATO-ya inteqrasiya üzrə 3 üzvünün getməsi ölkənin gələcəyi ilə bağlı daxildə və xaricdə ciddi suallar doğurub.

O yaranmış vəziyyətə görə, dolayısı ilə baş nazir İrakli Garibashvilini günahlandırıb.

Garibashvili noyabrın 4-də müdafiə naziri İrakli Alasaniyanı işdən kənarlaşdırıb.

Alasaniya bundan əvvəl ölkədə zabitlərin həbsi və onlara qarşı ittihamları Gürcüstanın Avro-Atlantik seçiminə siyasi motivli hücum adlandırmışdı.

Alasaniyanın işdən kənarlaşdırılmasından sonra xarici işlıər naziri Maia Panjikidze və Avropa-Avroatlantik inteqrasiya naziri Aleksi Petriashvili də istefa verdilər.

XS
SM
MD
LG