Prezident İlham Əliyevin sərəncamı ilə Yaşar Əliyev Azərbaycanın ABŞ-dakı səfiri təyin olunub.
Bunadək cənab Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi və Kuba Respublikasında səfiri olub.
Azərbaycan müstəqillik qazandıqdan sonra son 14 ildə onun ABŞ-dakı səfiri Hafiz Paşayev olub. iki ay öncə prezident sərəncamı ilə o xarici işlər nazirinin müavini təyin olunub.
Prezidentin digər sərəncamı ilə Səyyad Salahlı Azərbaycanın İstanbulda baş konsulu təyin olunub.