Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 10:20

MDB-nin Mədəni Əməkdaşlıq Şurasının toplantısı keçirilir


Qapalı keçirilən toplantının nəticələri haqqında mətbuata günün sonunda məlumat veriləcək
Qapalı keçirilən toplantının nəticələri haqqında mətbuata günün sonunda məlumat veriləcək

MDB ölkələrinin əksəriyyəti Dövlətlərarası Mədəni Əməkdaşlıq Fondunun yaradılması niyyətindədir. Bu haqda MDB icra katibi müavini Samat Ordabayev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyi Mədəni Əməkdaşlıq Şurasının (MƏŞ) toplantısında bildirib. O, eyni zamanda ölkələr arasında humanitar sahədə əməkdaşlığı gücləndirmək məqsədilə məruzə hazırlandığını da söyləyib. Həmin sənəd MDB dövlət başçılarının gələn həftə Minskdə keçiriləcək sammitinə təqdim olunacaq.


Oktyabrın 9-da işə başlayan MƏŞ-in toplantısında Belorus, Rusiya və Qazaxıstanın mədəniyyət nazirləri, bəzi üzv ölkələrin isə səfirləri iştirak edirlər. Qapalı keçirilən toplantının nəticələri haqqında mətbuata daha geniş məlumat günün sonunda veriləcək.


XS
SM
MD
LG