Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:03

Çin Asiya ölkələrinə yardım üçün 40 milyard dollar verəcək


Çin prezidenti Xi Jinping

Çin Asiya ölkələrinə yardım etmək üçün İpək Yolu Fonduna 40 milyard dollar verəcəyini deyib.

Çin prezidenti Xi Jinping bunu noyabrın 8-də Pekində keçirilən Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı təşkilatının sammitində elan edib.

Sammitdə Banqladeş, Kamboida, Laos, Monqolustan, Myanmar, Pakistan və Tacikstan liderləri iştirak edirlər.

Çin prezidenti deyib ki, bu vəsait infrastruktura, təbii resurslara, sənaye və maliyyə əməkdaşlığı sahəsinə yönəldiləcək.

Xi Jinping bildirib ki, Fond inkişafa meylli layihələri dəstəkləyən Asiya investorlarının üzünə açıq olacaq.

XS
SM
MD
LG