-
Əgər şəkilaltı sözlər olmasaydı, onları tanıyardınızmı?
Ən çox kim dəyişib, kim olduğu kimi qalıb?
Rasim Balayev ali məktəbə yeni qəbul edilib.
Fərhad Bədəlbəyli: "Qara Qarayevlə dəniz qırağında... Yenə də ortaq marağımız və sevgimiz olan musiqi haqqında müzakirə edirik".
Arif Quliyev: "Bu, gənclik illərimin səhvidir. Texnikomda oxuyanda bir qızla dostluq edirdim. Atası, anası, qohumları bilirdi. Amma nədənsə alınmadı".
Əkrəm Əylisli: "Bu şəkildə təxminən 19 yaşım olar. Bakıda texnikumda oxuduğum birinci ildi".
İlham Namiq Kamal 1-ci kursda
Xoşqədəm Hidayətqızı (sağda): "Naxçıvan Dövlət Universitetində oxuyarkən: Otaq yoldaşım Leyli. O illərin ən unudulmaz xatirəsidir, bu şəkil"
Kamal Abdulla: "Universitet illərimin şəkilidir. Orta məktəb yoldaşlarımla onlardan birinin bağında".
Modern.az