Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 08:09

İstanbul yaxınlığında kater aşıb, azı 24 miqrant ölüb


Arxiv foto

Noyabrın 3-də İstanbul yaxınlığında kater batıb, çoxu əfqan olan azı 24 miqrant həlak olub. Türkiyə mediası yazır ki, yeddi nəfər xilas olunub, doqquz nəfər itkin düşüb. Kater Bosfor boğazından Rumıniyaya gedirmiş.

Məlumatlara görə, katerdəki əfqanlar Avropa Birliyində daha yaxşı həyat üçün bir neçə min avro ödəyiblər.

Katerdə 12 uşaq və 7 qadın olub.

İki ay öncə Suriya və Əfqanıstandan 82 miqrantı Rumıniyaya aparan qayıq İstanbulun şimalında Türkiyə Sahil Qvardiyası tərəfindən xilas olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG