Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 23:22

Naxçıvan 90 illik yubileyini Afrikada qeyd edəcək


“Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır”. Poster

-

Noyabrın 12-13-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilmiş “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı klassik musiqi konserti keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycanın CAR-dakı səfirliyinin mətbuat xidmətinə istinadla yaydığı xəbərə görə, tədbir Azərbaycanın CAR-dakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, habelə CAR-da fəaliyyət göstərən “Azərbaycan Dostları” adlı qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilir.

Yohannesburq Filarmonik Orkestri azərbaycanlı dirijor Yalçın Adıgözəlov, solistlər Səidə Tağızadə və Aleksey Miltyuxun iştirakı ilə Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqa korifeylərin yaradıcılığından klassik musiqiləri ifa edəcək. Konsert proqramına bəstəkar Sevda İbrahimovanın ilk dəfə “Linder” konsert zalında səslənəcək “Etiraflar” adlı əsərinin dünya premyerası daxil edilib.

Yohannesburq Filarmonik Orkestri bu il ənənəvi Qəbələ Musiqi Festivalında iştirak edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG