-
“Din çoxlu sayda insanın sui-istifadə etdiyi qorxunc bir alətdir”.
ABŞ-ın populyar triller yazarı Stephen King bunu “Rolling Stone” dərgisinə müsahibəsində deyir.
Yazarın sözlərinə görə, ailəsi xristianlığın metodist təriqətinə tapınsa da, onun düşüncəsində təşkilatlanmış dinlərlə bağlı şübhələr hələ uşaq vaxtında yaranıb.
Məktəbdə isə bu şübhələr daha da dərinləşib.
Bununla belə King allahın varlığına inanmağı seçir, çünki “bu inam insana kömək olur, insan ondan güc alır”.
Məsələn, içkini, narkotiki tərgitmək istəyəndə insan allahdan kömək uma və bu düşüncə ona həqiqətən də yardımçı ola bilər.
Özü də əvvəllər narkotik istifadəçisi olmuş King deyir ki, allaha inamın ona da köməyi dəyib.
O ki qaldı İblisə, yazıçı düşünür ki, bu, sadəcə insandan kənarda mövcud olan, bəşəriyyəti məhv etmək istəyən bir fövqəlvarlıq deyil:
“İblis bizim içimizdədir, yaşa dolduqca mən insandan kənarda mövcud olan şər qüvvəyə daha az inanıram”.