Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Məcid Sefidani Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
«Media forum» saytının məlumatına görə, sistemə qarşı təbliğatda və dini lideri təhqirdə günahlandırılan təbrizli fəalın 6 aylıq həbsi başa çatıb.
Azərbaycanlı fəalın həbsdə saxlandığı müddətdə müxtəlif psixoloji təzyiqlərə məruz qoyulduğu bildirilir.