Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 02:57

Oktyabrın 16-da NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvü Şahin Novruzlu atasının yas mərasimində iştirak etmək üçün prezident İlham Əliyevə müraciət edib. Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib:

“Dünən anası görüşüb, atasının vəfat etdiyini deyib. Bu gün də mən başsağlığı verməyə getmişdim. Təcridxana rəisinin yanından gətirdilər görüşə. Prezidentə yazdığı müraciəti rəisə təqdim edib. Müraciətlə tam tanış ola bilmədim. Ancaq, məğzini bilirəm. Şahin prezidentdən xahiş edib ki, atasının yas mərasimində iştirak etmək üçün ona şərait yaratsın”.

Şahin Novruzlunu atası İbrahim Novruzlu oktyabrın 14-də ürəktutmasından vəfat edib. Ailə üzvləri Şahin Novruzlunun atasının dəfnində iştirak etməsi üçün Kürdəxanı təcridxanasının rəhbərliyinə müraciət etmişdilər. Rəhbərlik bu müraciəti qəbul etməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG