Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Albaniya futbolçularını qəhrəman kimi qarşılayıblar


-

Albaniya futbolçularını oktyabrın 15-də evə qayıdanda qəhrəman kimi qarşılayıblar. Tiranaya minlərlə azarkeş toplanıb.

UEFA isə bildirib ki, oktyabrın 14-də Serbiya-Albaniya oyununda baş vermiş insidentlə bağlı araşdırmaya başlayır.

FİFA prezidenti Blatter deyib ki, siyasi mesaj üçün futboldan heç vaxt istifadə olunmamalıdır. Blatter Serbiya-Albaniya oyununda baş verəni qətiyyətlə pisləyib.

Həmin oyunun birinci hissəsi vaxtı meydança üzərində dron peyda olub və pultla idarə olunan bu təyyarədən Böyük Albaniyanın xəritəsi və siyasətçilərin portretləri olan banner asılmışdı. Serbiya oyunçusu banneri qoparanda Albaniya oyunçuları ilə Serbiya oyunçuları arasında dava düşüb.

Serbiyanın dövlət televiziyasının məlumatına görə, stadionda olan Albaniyanın baş nazirinin qardaşı Olsi Rama həbs olunub. İddiaya görə, dronu o, idarə edirmiş.

Albaniyanın baş naziri Edi Rama gələn həftə Serbiyaya səfər etməlidir. Bu, son 68 ildə Albaniya baş nazirinin Belqrada ilk səfəridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG