Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:31

Əfqanıstanın yeganə qadın komandanı - Mətbuat icmalı


-

Rusiyalı hakerlərin NATO-nun, Ukraynanın, enerji şirkətlərinin kompüterlərinə girdiyi bildirilir.

Əfqanıstanda Bibi Ayisha adında yeganə qadın yaraqlı komandan.

ABŞ dünya problemlərindən özünü qırağa çəkə bilməz.

Çəksə bu, pis siyasət olacaq.

Dünya mediası bu gün nədən yazır?

RUSİYALI HAKERLƏR

Reuters yazır ki, Rusiya hakerləri NATO, Ukrayna və başqa bir çoxlarını hədəfə alıb. Agentlik iSight Partners kiber kəşfiyyat şirkətinin araşdırmasına istinadla yazır ki, rusiyalı hakerlər xüsusi proqramlarla NATO-nun, Avropa Birliyinin, Ukraynanın, enerji və kommunikasiya şirkətlərinin kompüterlərinə girirlər. Şirkət hakerlərin hansı informasiyaları əldə etdiyini dəqiq deyə bilmir, ancaq hakerlərin e-mailləri oxumaqları məlumdur. iSight bildirir ki, bu əməliyyat 5 ildir ki, davam edir.

iSightın məlumatına görə, hakerlər Microsoft Windowsda da virus yaradaraq bununla istədikləri kompüterlərdə casusluq edirlər. iSight bunu Microsoft şirkətinə bildirib. Ancaq Microsoft problemi həll etməyə vaxt lazım olduğunu deyib. Microsoftun sözçüsü bildirib ki, Windowsun virus düşən bütün versiyaları avtomatik yenilənəcək. Dallasda yerləşən iSight şirkətinin araşdlrmaçılarından soruşulub ki, onlar hakerlərin Rusiyadan olduğunu nədən bilirlər? Arşadırmaçılar cavab verib ki, kompüter proqramlarının kodunda linqvistik əlamətlər və casusluq hədəfləri hakerlərin Rusiyadan olduğunu göstərir.

GÖYƏRÇİN KOMANDİR

New Republic məcmuəsi Əfqanıstanın yeganə qadın komandanından yazıb.

Jen Percy yazır ki, o, Əfqanıstanda 3 həftə olub. Bir gün onun bələdçisi ona bir şəkil göstərib ki, bu, Əfqanıstanda yeganə qadın komandandır. Adı Bibi Ayishadır. Ləqəbi Göyərçin Komandirdir.

Təxminən 60 yaşlı var. Kabildə onu hamı tanıyır.

Əfqanlar onu soyğunçuluqda, qətllərdə ittiham edir. Bəziləri şübhələnir ki, Bibi Ayisha Taliban komandanı Molla Dadi Xuda ilə əlbirdir. Molla Dadi Xuda Bahram həbsxanasından 2008-ci ildə qaçıb. Bibi Ayishanın ikinci kompanyonu yerli yaraqlı komandanı Yaşıl İmamdır.

Deyilənə görə, bu 3 şəxs Əfqanıstandan şimala gedən bütün narkotiklərə nəzarət edir.

Bir nəfər Percy-yə deyib ki, Bibi Ayisha çox varlıdır, onun Kabildə çoxlu evləri var, ancaq o, dağlarda heyvanlar arasında yaşamağa üstünlük verir.

Müəllif yazır ki, Bibi Ayisha haqda Əfqanıstandakı yaraqlı komandanları barədə əhvalatların heç birini danışmırlar. Məsələn, Komandan Zardadın insan “iti” var idi, o, bir nəfəri zəncirdə it kimi saxlayırdı, bu “it” bəzən insan əti də yeməli idi.

Bibi Ayisha isə belə deyil. O, 14 yaşında iş adamı Shad Muhammada ərə gedib. Az sonra əri müəmmalı xəstəlikdən ölüb. 1979-cu ildə Sovet Ordusu Əfqanıstana girəndə Bibi Ayishanın yaşadığı dağlara da gəliblər və onun oğlunu öldürüblər. Bundan sonra Bibi Ayisha cihada başladı.

O, 150 nəfərdən ibarət dəstə topladı və sovetlərlə müharibəyə başladı.

Bibi Ayisha Şimal Alyansının lideri Ahmad Shah Məsudla birlikdə vuruşurdu. Elə o vaxtlar ona Göyərçin Komandir deyirdilər. Çünki o, hücumlarını quş kimi edirdi.

ABŞ ordusu Əfqanıstana gələndə silahlı dəstələrin öz silahını yerə qoymasını tələb etdilər, Goyərçin Komandir isə tərk-silah olmaq istəmədi. O düşünürdü ki, ABŞ gedən kimi yenə dəstələr arasında müharibə başlayacaq və ona silah lazım olacaq.

QIRAQDA DURMAQ PİS SİYASƏTDİR

Washington Post qəzeti yazır ki, ABŞ-ın dünya işlərindən qıraqda durma siyasəti pis siyasətdir, hətta amerikalıların əksəriyyəti bunu istəsə də.

2013-cü ildə keçirilmiş sorğuda amerikalıların 53 faizi deyirdi ki, ABŞ dünyada yalnız özünə aid işlərə qarışmalıdır.

Bu, nəyə gətirir? Qəzet iki misal çəkir. ABŞ regiondan çıxanda orda yaranan vakuumu İslam Dövləti yaraqlıları doldurdu. Şərqi Afrikada Ebola xəstəliyi yayıldı. Halbuki bir qədər böyük resurs qoyulsaydı, xəstəliyin dərhal qabağı alınardı.

Qəzet yazır ki, indi ABŞ-ın rolu Jefferson dövründəki köhnə respublikadan fərqlidir. Dünya qarşısında çoxlu problem var- nüvə silahlarının yayılması təhlükəsi, təbiətin deqradasiyası, terrorizm və s.

İkinci dünya müharibəsindən sonra dünyada yalnız bir dövlət var ki, qlobal qayda-qanunu, tarazlığı saxlamağa həm gücü var, həm də istəyi.

Qəzetin fikrincə, ABŞ anlamalıdır ki, dünyadakı problemlərdən qıraqda durmaq mümkün deyil, bu problemlərə qarşı çıxmaq lazımdır.

Bunu anlamağa vaxt nə qədər çox getsə, həmin problemlərin həlli bir o qədər ağır olacaq.

OBAMIN XARİCİ SİYASƏTİNƏ QİYMƏT

Timothy Garton Ash Guardian qəzetində çıxan məqaləsinin başlığında sual qoyub ki, ABŞ Obamanın yerinə Hillary Clintonumu seçməliydi?

O vaxt demokrat partiyasından seçkilərdə Obama məhz Hillary Clintona qalib gəlmişdi.

Müəllif yazır ki, Obama geniş baxışları olan dövlət xadimi gözləntilərini doğrultmadı. Xüsusilə xarici siyasətdə.

Ashin fikrincə, Obamanın indiyə kimi etdiyi prezidentliyə qiymət verilsə, o, daxili siyasətdə ortabab yaxşı, xarici siyasətdə həddən artıq pisdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG