Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:11

TANAP-ın tikintisinə boru verəcək şirkət adları açıqlanıb


Foto: Arxiv
Foto: Arxiv

-

TANAP – Trans Anadolu Qaz Boru Xətti layihəsinin təxminən 1800 kilometrlik ana xətt borusu üçün açılan tenderin 80 faizini aralarında «Borusan Mannesmann» da olan 6 türk şirkəti qazandı.

Türkiyənin «Habertürk» qəzetinin xəbərinə görə, TANAP-da istifadə ediləcək 1 milyon 200 min tona yaxın polad borunun üçdə birini «Borusan Mannesmann», «Noksel Çelik» və «Erciyas Çelik» konsorsiumu hazırlayacaq. Açıqlamaya görə, polad borular 24 ayda təhvil verilməlidir.

TANAP-ın imza mərasiminə qatılan baş nazir Ahmet Davutoğlu «TANAP bir enerji layihəsi olmaqla yanaşı, sülh layihəsidir, eyni zamanda sülh xəttidir. 1990-cı illərdə böhran bölgələri kimi tanınan Balkanlar və Qafqaz arasında bir sülh körpüsü qurulur» deyib.

21-ci yüzilin enerji əsri olacağını bildirən Davutoğlu daha sonra fikrini belə tamamlayıb: «Enerji rəqabətləri yerinə enerji birlikləri qurmağa qərarlıyıq. TANAP yoluyla Avropaya ildə 10 milyard kubmetr qaz nəql ediləcək. TANAP boru xəttində qaz nəqlinin illik 31 milyard kubmetrə çıxmasını hədəfləyirik».

XS
SM
MD
LG