Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

İqtisadiyyat üzrə «Nobel» fransız alimi Jean Tirole-a verilir


Jean Tirole
Jean Tirole

-

2014-cü il İqtisadiyyat üzrə Nobelin xatirəsi mükafatına fransız alimi Jean Tirole layiq görülüb. İsveç Kral Akademiyasının Nobel mükafatı komitəsi bildirir ki, alim bu mükafatı “bazarın gücünün və tənzimlənməsinin analizinə” görə alır.

Komitənin məlumatında deyilir ki, Tirole “dövrümüzün ən nüfuzlu iqtisadçılarındandır”. O, öz işlərində “bir neçə güclü şirkətlər olan sənayeləri anlamaq və tənzimləmək məsələsinə aydınlıq gətirir.”

Hazırda bir çox sənayelərdə bir neçə şirkət və ya bir iri monopoliya aparıcı rol oynayır. Tirole-un fikrincə, müxtəlif bazarlar müxtəlif də anti-monopol tənzimləmə tələb edir.

Nobel Komitəsi bildirir ki, Tirole-un işləri anti-monopol komissiyalara kömək edir. "Anti-monopol komissiyalar monopoliyalardan az bilir".

Iqtisadiyyat üzrə Nobel mükafatının rəsmi adı “Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə Evergies Riksbank mükafatıdır”.

İqtisadiyyat üzrə bu mükafat Nobelin təsis etdiyi və sonradan “Nobel mükafatı” adını alan mükafatlar sırasında deyildi.

İqtisadiyyat üzrə bu mükafatı 42 il əvvəl İsveçin Dövlət bankının 300 illiyi ilə bağlı yaradıblar və Nobelin xatirəsinə həsr ediblər.

XS
SM
MD
LG