Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:01

İcra başçısı müharibə əlillərinin və veteranlarının yerinə göz dikib?


Arxiv fotosu
Arxiv fotosu

"Rayon rəhbəri 20-dən çox ailənin dolandığı ərazidə "Porsche" və "Volksvagen" avtomobillərinin satış mərkəzini tikmək istəyir".

Bunu Azadlıq Radiosunun "Qaynar xətti"nə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşayan müharibə əlilləri yazıb. Yazırlar ki, ölkə rəhbərliyi tərəfindən Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məhz ölkə başçısının ayırdığı diqqət nəticəsində bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin əksər hissəsi öz həllini tapıb. Lakin bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bunun tam əksinə olaraq müharibə veteranlarını, əlilləri və şəhid ailələrini incitməklə məşğul olur.

Laçın rayonundan məcburi köçkün düşən Müzəffər Həsənov yazır: Mənim şikayətim Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevdəndir. Oğlu Elçin Həsənov 1992-ci ildən Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində, "Razin tolkuçkası" kimi tanınan ticarət mərkəzi ilə üzbəüz ərazidə ticarətlə məşğul olmaq üçün qanuni yolla 567 kvadratmetr yer alıb:"Bir qrup müharibə veteranı bu ticarət obyektindən evinə çörək pulu aparırdı. Qeyd edim ki, 2007-ci ildə bələdiyyədən aldığım qanuni sənədin də heç bir köməyi yoxdur. Çox keçmədi ki, sağlamlığını vətən yolunda itirmiş və hər an vətəni qorumağa hazır olan bu veteranlara 567 kvadratmetr ərazini icra başçısı Adil Vəliyev çox gördü".

Şikayətçi deyir ki, icra başçısının adamları obyektin hasarını söküb:

"Başçı ağır texnikanı əraziyə yeridib hasarı yerlə-yeksan etdirdi. Rayon rəhbərinin həmin ərazini bizdən alıb yuxarıda adı çəkilən mərkəzlərin filiallarını yaratmaq istəyi biz veteranları hiddətləndirir. Prezidentin müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısı bizi yaşamağa ruhlandırdığı halda, belə məmurların veteranlara olan münasibəti yaşamaq həvəsimizi öldürür. İcra başçısı deyir ki, burda "Porsche" və "Volksvagen" avtomobillərinin satış mərkəzini tikdirəcəm gedin əliniz hara uzundur, ora uzadın".

Sabunçu Rayon İcra Hakimiyyətinə dəfələrlə zəng vursaq da, şikayətə aydınlıq gətirən tapılmadı.

XS
SM
MD
LG