Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 01:38

Donetskdə dinc sakin həlak olub


Ukrayna, Donetsk

Cümə axşamı Donetskdə hərbi əməliyyatlar nəticəsində bir dinc sakin həlak olub. Bu barədə şəhər şurası məlumat yayıb.

Zərərçəkənlər barədə informasiya dəqiqləşdirilir.

Növbəti artilleriya atəşindən sonra iki yaşayış evi tamamilə dağıdılıb.

Atəşdən sonra şəhərdə cərəyanı kəsilmiş yarımstansiyaların sayı artıb. Hazırda Donetskdə 47 yarımstansiya enerjisiz qalıb.

Ötən axşam Donetskdə gərgin vəziyyət qalıb. Petrovks, Kuybishev və Kiyev rayonlarında bütün günü yaylım atəşi və partlayış səsləri kəsilməyib. Bu barədə sakinlər xəbər verib.

XS
SM
MD
LG