Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 11:00

27 yaşlı xanım İsveçin təhsil naziri oldu


Aida Hadzialic, İsveçin Təhsil naziri

Aida Hadzialic İsveçin Təhsil naziri oldu. O 1987-ci ildə doğulub. 5 yaşı olanda Bosnia-Herseqovinadan İsveçə qaçqın kimi gəlib. Aida Lund universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra o Halmstad şəhərinin bələdiyyə müavini kimi fəaliyyət göstərib.

Hobbi kimi fotoqraflığı xüsusi vurğulayır. “The English Patient” (Xəstə ingilis) ən sevimli filmidir. Ernest Hemenquey onun sevdiyi yazıçıdır. Chopin və Alicia Keys-i dinləməyi xoşlayır. “Veckans affärer 2013″ seçimlərində 101 nəfər arasında İsveçin 10-cu istedadlı adamı seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG