Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:04

Avtomobillə daşınmaların həcmi artıb


Bakı, sərnişin avtobusu

Azərbaycanın nəqliyyat sektorunda daşınmaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-avqust aylarında 85,5 milyon ton yük, 1 milyard sərnişin daşınıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 və 5,2 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,9 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 3,6 faiz artaraq 138,7 milyon nəfər olub.

Multimedia

XS
SM
MD
LG