Odessada Ukrayna deputatını döydülər
Bir qrup aqressiv adam Odessa vilayət admisnitrasiyası qarşısında millət vəkili Nestor Shufrich-ə hücum edib. Eks-prezident Yanukovichin Regionlar partiyasından olan Shufrich keçmiş hökümətdə Fövqəladı hallar naziri vəsizfəsini tuturdu, indi isə qarşıdan gələn parlament seçkilərində öz namizədliyini irəli sürüb. O, Ukraynanın Donetsk və Luqansk yaraqlılarına qarşı apardığı hərbi əməliyyatları, yeni hakimiyyətin Avropaya yaxınlaşma siyasətini tənqid edir. Oktyabrın 26-a təyin olunan parlament seçkiləri ilə bağlı kampaniya keçirən Shufrich hərbi geyimli və maskları şəxslər tərəfindən döyülüb. Hücum edənlərin geyimində radikal "Sağ sektor" təşkilatının emblemi olduğu bildirlir. Təhlükəsizlik əməkdaşları millət vəkilini qəzəbli kütlədən onu yaxınlıqdakı mikroavtobusa mindirməklə qurtara biliblər. (Reuters)
Arxiv
-
Dekabr 14, 2025Ukraynada sakinləri təxliyə edən 'ağ mələk'lər
-
Dekabr 12, 2025Qarabağ separatçılarının ofisində niyə axtarış aparıldı?
-
Dekabr 11, 2025Azərbaycanlılara Rusiyaya gəlmək üçün şərt qoyulur
-
Dekabr 10, 2025Dünyada ilk dəfə sosial media uşaqlara qadağan olundu
-
Dekabr 08, 2025Rusiyada miqrantlar üçün bank kartı tələsi
-
Dekabr 06, 2025Qonşuları İrana su verəcəkmi?