Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 09:13

Kabildə intiharçı partlayışlarında 7 nəfər ölüb


Əfqanıstan, Kabil

Əfqanıstanın paytaxtında iki intiharçı hücumunda azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb. Taliban oktyabrın 1-də səhər baş vermiş partlayışlar üçün məsuliyyəti üzərinə götürüb.

Polisin məlumatına görə, hər iki hücum Əfqanıstan ordusunun əsgərlərini daşıyan avtobusları hədəfə alıb.

Partlayış nəticəsində ordunun avtobusunun şüşələri sınıb.

Bir gün öncə Əfqanıstan və ABŞ rəsmiləri saziş imzalayıb, ABŞ əsgərlərinin ilin sonunadək ölkədə qalmasına razılaşıb.

ABŞ əsgərləri Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçəcək, yardım göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG