Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 17:18

Əfqanıstanla ABŞ təhlükəsizlik paktı imzalayacaqlar


Sentyabrın 30-da Birləşmiş Ştatlar Əfqanıstanla uzun müddətdən bəri yubanan təhlükəsizlik paktını imzalayacaqlar. İkitərəfli təhlükəsizlik sazişi (BSA) dekabrın 31-dək 10 min ABŞ əsgərinin Əfqanıstanda qalmasına icazə verəcək. Həmin vaxt beynəlxalq missiyanın Əfqanıstanda işi də başa çatmalıdır.

Əfqanıstan prezidenti Ashraf Ghani-nin sözçüsü sentyabrın 29-da deyib ki, razılaşma imzalanacaq. Onun sələfi Hamid Karzai sazişə qarşı idi.

Vaşinqtonun adından sənədi ABŞ Prezidenti Barack Obamanın sözçüsü John Podesta imzalayacaq. O, bir gün öncə Kabildə Ghani-nin andiçmə mərasimində də iştirak edib.

Kabil bu həftə oxşar sazişi NATO ilə də imzalayacaq. Bu sənəd 4.000-5.000 əlavə əsgərin 2014-cu ildən sonra da Əfqanıstanda qalmasına icazə verəcək. Həmin əsgərlər əsasən Britaniya, Almaniya, İtaliya və Türkiyədəndir.

XS
SM
MD
LG