Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:53

Gənc Tamaşaçılar Teatrında 87-ci mövsümün ilk premyerası olacaq


“Qoğalın sərgüzəştləri”
“Qoğalın sərgüzəştləri”

-

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 11-də və 12-də 87-ci teatr mövsümünün ilk premyerasını təqdim edəcək.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, mövsümün ilk yeni tamaşası rus xalq nağılı əsasında səhnələşdirilmiş “Qoğalın sərgüzəştləri” adlı nağıl - müzikldır.

Tamaşanın səhnə redaksiyasının müəllifi gənc yazıçı Pərvin, quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu və musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır.

Nağıl – müzikldə əsas obrazları Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov (Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən Şıxəliyev (Canavar), Günel Məmmədova (Tülkü), Roza İbadova (Dovşan) və başqaları ifa edəcəklər.

Musiqili, əyləncəli, eyni zamanda ibratamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətlər aşılayır.

Tamaşa oktyabrın 11-də və 12-də saat 12.00-də nümayiş etdiriləcək.

XS
SM
MD
LG