Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:23

«Yalqız Qərb» Permə gedir...


"Yalnız Qərb" tamaşası. Akyorlar Rasim Cəfər, Vüsal Mehrəliyev
"Yalnız Qərb" tamaşası. Akyorlar Rasim Cəfər, Vüsal Mehrəliyev

-

Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçiriləcək I Beynəlxalq Martin McDonagh Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, oktyabrın 7-dən – 14-dək davam edəcək festivalda teatrın kollektivi dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.

"Yalnız qərb" tamaşası
"Yalnız qərb" tamaşası

Tamaşanın quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa edirlər.

Xəbərdə deyilir ki, Oskar mükafatçısı Martin McDonagh Festivalının məhz Permdə keçirilməsinın səbəbi bu şəhərdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan “У моста” teatrının səhnəsində dünyada ilk dəfə dramaturqun 7 pyesinin hazırlanıb nümayiş etdirilməsidir.

“XXI əsrin əsas dramaturqu”, “Müasir səhnənin möcüzəsi” və digər adlarla çağırılan Martin McDonaghın özünün də iştirak edəcəyi festivalda Moskva Bədaye Teatrı, Sankt Peterburqun Böyük Dramatik Teatrı, Almaniya, Avstriya, Bosniya-Hersoqovina, Çexiya, Polşa, və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər.

Festival çərçivəsində rejissorlar üçün İrlandiyanın “Dekadent” teatrının bədii rəhbəri Endryu Flinin iştirakı ilə seminar-treninqlərin, Martin McDonagh yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərslərinin keçirilməsi, habelə Martin McDonaghın dünya teatrlarında səhnəyə qoyulmuş tamaşalarının video versiyasına ictimai baxış və müzakirəsi, teatr tənqidçilərinin dəyirmi masa arxasındakı müzakirələri, eləcə də, İrland rəqsləri üzrə ustad dərslərinin təşkili nəzərdə tutulub.

Xatırladaq ki, ötən mövsümdə Dövlət Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm Nazirliyi və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində Oskar mükafatçısı Martin McDonaghın “Lineyn Trilogiyası”na daxil olan “Lineynin Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”“Yalqız Qərb” tamaşalarını səhnələşdirib.

XS
SM
MD
LG