Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:20

Belqradda 3 illik qadağadan sonra ilk qey parad (Video)


-

Serbiyanın paytaxtı Belqradda yüzlərlə qey hüquqları fəalı dörd ildən bəri ilk dəfə yürüşə çıxıb.

Media bazar günü aksiyasına 1.000-1.500 fəalın qatıldığını bildirir.

İfrat sağçı qrupların hədələrindən sonra minlərlə çevik polis, xüsusi polis bölmələri, zirehli texnika, su şırnaqları paytaxta yerləşdirilib.

3 il idi ki, bu parad qadağan olunmuşdu. Səbəb 2010-cu ildə ilk dəfə keçirilən yürüşdə millətçilərin etirazçılar və polislə toqquşması, azı 150 nəfərin yaralanması idi.

İki kilometrlik yürüş parlamentin yanından keçəcək və şəhərin mərkəzində başa çatacaq.

Aksiyadan öncə Belqradın mərkəzində ancaq akkreditə olunmuş jurnalistlər, təşkilatçılar və xüsusi bilərzik taxmış iştirakçılar buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG