Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:02

Hökumət bir nəfərlik aksiyadan qorxdu –Mətbuat icmalı


Tarixdə bircə dəfə Nobel mükafatını niyyətə görə veriblər.

Türkiyədən azı 450 nəfər, Rusiyadan 600 nəfər İslam Dövləti yaraqlıları arasındadır.

Rusiya hökuməti Ukrayna hökumətinə qarşı kiber hücumlarda cinayətkar aləmin haker qrupundan istifadə edir.

Minskdə bir nəfərlik aksiyadan hökumət qorxdu, deməyə söz tapmadı.

Dünya mediası bu gün nədən yazır?

NİYYƏTƏ GÖRƏ İLK VƏ YEGANƏ NOBEL

New York Times qəzetində Timothy Egan yazır ki, tarixdə bircə dəfə Nobel mükafatı görülən işə görə yox, gözəl niyyətə görə verilib. Bu da 2009-cu ildə Nobel sülh mükafatının yenicə prezident seçilən Barack Obamaya verilməsidir.

Müəllif yazır ki, Obama BMT Baş Məclisində çox gözəl çıxış elədi, ancaq müəllif eyni vaxtda əmindir ki, bunlar hamısı sözdır. Çünki yenə də müharibənin nə strategiyası var, nə də planı.

HANSI ÖLKƏDƏN NƏ QƏDƏR YARAQLI

BBC yazır ki, Siyasi Zorakılığı və Radikallaşmanı öyrənən beynəlxalq mərkəz - Soufan Groupun məlumatına görə, Suriya və İraqda İslam Dövləti yaraqlıları arasında ən çox xarici Tunisdəndir – 3 000 nəfər.

Sonrakı yerlərdə bu ölkələr gəlir:

Səudiyyə Ərəbistanı - 2500

İordaniya -2100

Mərakeş -1500

Livan – 800

Rusiya -600

Fransa -550

Liviya -520

Türkiyə -450

Britaniya -450

CİNAYƏTKAR ALƏMİN HAKER QRUPU HÖKUMƏTİN XİDMƏTİNDƏ

Guardian qəzeti yazır ki, Rusiya hökuməti cinayətkar aləmdə tanınmış haker qrupundan Ukrayna hökumətinə hücumlar üçün istifadə edir. Kiberhücumları araşdıran

F-Secure təşkilatı hesab edir ki, bu, dövlətin rəqəmsal casusluğunda “özəllərdən” istifadə olunması nümunəsidir.

Black Energy və ya Qara Enerji adlı adlı proqram virusu

2008-vi ildə Gürcüstan-Rusiya müharibəsindən sonra Gürcüstana qarşı istifadə olunurdu.

Ancaq eyni vaxtda bundan oğrular da istifadə eedirdi, onlar bu virusla kredit kart parollarını oğuirlayırdı.

F-Secure tədqiqatçıları bildirirlər ki, Ukraynanın dəmiryolları, Dnepropetrovskda hökumət infrastrukturu bu virusla kiber hücuma məruz qalıb.

Ekspertlərin fikrincə, indidiyə kimi oğrular kredit kartdan pul oğurlayırdısa, indi onlar pulu birbaşa sifarişçidən alır, sifarişçi isə başqa iş tələb edir.

Anti-Virus şirkəti olan ESET isə bildirir ki, e-maillə müxtəlif adamlara Rusiyanın dünyanı – Alyaskanı, Kataloniyanı və s.-ni tutmaq planları haqda informasiya göndərilir, bunu açan kimi kompetürə dərhal Black Energy virusu düşürdü.

Bundan sonra həmin virusun köməyi ilə bütün parollar və sistemin informasiyaları ələ keçirilir.

F-Securedən olan Sean Sullivan deyir ki, bu virusun hücumuna məruz qalanların əksəriyyətində ya virus əleyhinə proqram olmayıb, ya da köhnə proqramlardan istifadə edirdilər.

Guardian qəzeti onu da yazır ki, Ukrayna böhranı başlanandan kiber hücumların arxasında Rusiyanın dayanması ilə bağlı çoxlu şübhələr var. Britaniyanın hərblə bağlı BAE Systems şirkəti mart ayında bildirdi ki, Ukrayna ilə Rusiya arasında gərginlik artanda bu şirkətə kiber hücumlar oldu. ABŞ Rusiyaya qarşı sankiyalar qoyanda isə ABŞ banklarına kiber hücumlar oldu. İndi FBİ bu hücumların arxasında Rusiya hökumətinin durması məsələsini araşdırır.

BİR NƏFƏRLİK AKSİYA

Belarusda bir qadın bir nəfərlik aksiya keçirmək istəyib. Hakimiyyət icazə verməyib. BBC-nin məlumatına görə bu qadın Azadlıq Hərəkatının veteranıdır. Minskdə Rusiya səfirliyi qabağında Rusiyanın Ukraynadakı hərəkətlərinə etiraz olaraq 2 gün mitinq etməyə icazə istəyib. Hakimiyyət bildirib ki, bu mitinq “yolda sürücülərin diqqətini yayındıra”, çaşdıra bilər. Hərəkat hesab edir ki, hakimiyyət “yox” deməyə söz tapmır, absurd izahlar fikirləşir.

ABŞ-IN ÇƏTİNLİYİ

Financial Times qəzetində Ramzy Mardini yazır ki, ABŞ-ın obyektiv çətinliyi ondadır ki, ABŞ həm islamçı yaraqlıları hədəfə ala, həm də Yaxın Şərqdə məzhəblərarası, dövlətlərarası davadan, mübarzədən qıraqda qala bilməz.

Mardini hesab edir ki, Ərəb baharı başlayandan bəri hər böhran olanda ABŞ buna düzgün diaqnoz qoymayıb, bunun nəticələrini axıracan hesablaya bilməyib.

Ona görə də ABŞ müdaxilə edirdi, ancaq nəticələri öz xeyrinə yönəldə bilmirdi.

İndi Obama bilməlidir ki, İslam Dövləti yaraqlılarını məğlub edə bilər, ancaq İD-nin məğlub edilməsi onu yaradan səbəbləri məhv etməyəcək.

XS
SM
MD
LG