Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:00

Bakıda Beynəlxalq televiziya festivalı başlandı


TEFİ-Sodrujestvo
TEFİ-Sodrujestvo

-

Sentyabrın 24-də Bakıda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə “TEFİ-Sodrujestvo” IV Beynəlxalq televiziya festivalının açılış mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbiri açan Rusiya Televiziya Akademiyası Fondunun baş direktoru Etere Leviyeva festivalın iştirakçı ölkələrin xalqları arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

E. Leviyeva bildirib ki, festivalda MDB-nin 11 ölkəsinin televiziya kanallarından tanınmış rejissorlar, aparıcılar və mütəxəssislər iştirak edirlər.

MDB ölkələri televiziyalarının işlərinin təqdimatı məqsədilə keçirilən bu festivalda bir çox telefilmlərə baxış olacaq.

Festival çərçivəsində Belarus, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldova və digər ölkələrin televiziya filmlərinə də baxış keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG