Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:07

BMT iqlim sammiti vədlərlə bitdi


BMT-nin iqlim dəyişikliyi sammitində razılığa gəlinib ki, bərpaolunan enerjidən istifadə genişləndirilsin və inkişaf etməkdə olan ölkələrə bir neçə milyard dollarlıq yardım göstərilsin.

Bir günlük sammitdə 2030-cu ilədək tropik meşələrin itirilməsinin əngəllənməsi, ərzaq istehsalının təkmilləşdirilməsi üçün prioritetlər müəyyənləşdirilib. Bir hədəf də 2030-cu ilədək şəhərlərdə elektriklə işləyən maşınların payının 30 faizə qaldırılmasıdır.

2015-ci ildə Parisdə 200 ölkənin iştirakı ilə sammitin keçirilməsi də nəzərdə tutulur.

Tədbirdə danışan ABŞ prezidenti Barack Obama deyib ki, bəzi yeni yaranan iqtisadiyyatlar güclü öhdəliklər götürməlidirlər. Çünki onların atmosferə buraxdığı istixana qazlarının həcmi də getdikcə artır.

XS
SM
MD
LG