Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:30

Suriyadan Türkiyəyə 130 min kürd qaçıb


Kürd qaçqınları
Kürd qaçqınları

-

Ankara deyir ki, son 2 gündə Suriyadan 130 min kürd Türkiyə ilə sərhədi keçib. Kürdlər İslam Dövləti (İD) yaraqlılarından qaçırlar.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmus sentyabrın 22-də bildirib ki, hakimiyyət daha çox kürdün gəlişinə hazırlaşır, hətta “ən pis halda” yüz minlərlə qaçqın gələ bilər.

Bu bəyanatdan öncə BMT-nin qaçqınlar agentliyi bildirmişdi ki, Suriyadan Türkiyəyə keçən kürdlərin sayı 100 mindir.

KÜRDLƏR İD YARAQLILARINDAN QAÇIRLAR

BMT-nin qaçqınlar agentliyi bildirir ki, son 2 gündə Suriyadan 100 min kürd Türkiyə ilə sərhədi keçib. Kürdlər İslam Dövləti (İD) yaraqlılarından qaçırlar.

İD cihadçıları Suriyanın Ain al-Arab sərhəd şəhəri yaxınlığında onlarla kəndi tutub.

BBC İD yaraqlılarının hücumlarda tanklar daxil olmaqla ağır texnikadan istifadə etdiyini xəbərləyir.

Türkiyənin PKK yaraqlı qrupu sentyabrın 22-də kürdlərə müraciət edib ki, Suriyaya keçib Ain al-Arab-ı mühasirəyə almış İD qüvvələrinə qarşı vuruşsunlar. Bu şəhər kürdcə Kobane kimi tanınır.

BBC xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələri kürd döyüşçülərinin Suriyaya keçməsini önləməyə çalışır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG