Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 00:50

Minskdə Ukrayna danışıqları keçiriləcək


Belarusun Xarici İşlər Nazirliyi bildirir ki, Ukrayna böhranına davamlı həll tapmaq üçün danışıqların yeni raundu sentyabrın 19-da Minskdə keçiriləcək. Ancaq Kontakt Qrupunun görüşünün dəqiq vaxtı açıqlanmayıb. Həmin qrupa Rusiya, Ukrayna, rusiyayönlü separatçılar və ATƏT təmsilçiləri daxildir.

Qondarma Donetsk Xalq Respublikasının baş nazir müavini Andrei Purgin-in də danışıqlara qatılacağı bildirilir. Ukraynanı keçmiş prezident Leonid Kuchma təmsil edəcək.

Sentyabrın 5-də Ukrayna və separatçılar atəşkəsə razılaşıblar. Ara-sıra atışmaya baxmayaraq kövrək atəşkəs qalmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG