Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:19

Şotlandiya Britaniyanın tərkibində qalmağı seçdi

Britaniyanın Şotlandiya əyalətinin müstəqillyinə dair referendumda səslərin sayılması davam etsə də, ilkin nəticələr qəti şəkildə müstəqlliyə “yox” deyən düşərgənin qələbəsini göstərir

Şotlandiya seçiciləri sentyabrın 18-də tarixi referenduma gedərək Birləşmiş Krallığın tərkibində qalmaq və ya müstəqil olmağa səs veriblər.

Diqqət. Referenduma dair məlumatları daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:58 18.9.2014

ŞOTLANDİYA MÜSTƏQİL OLSUN, OLMASIN?

Şotlandiya seçiciləri sentyabrın 18-də tarixi referenduma gedərək Birləşmiş Krallığın tərkibində qalmaq və ya müstəqil olmağa səs verirlər.

Son rəy sorğuları göstərib ki, birlik tərəfdarları 52, əks fikirdə olanlar 48 faizdir.

Şotlandiyanın birinci naziri və separatçı Şotlandiya Milli Partiyasının lideri Alex Salmond bildirib ki, səsvermə Şotlandiyanın gələcəyini öz əlinə alması üçün «həyatda bir dəfə verilən» imkandır.

Britaniya baş naziri David Cameron deyib ki, Şotlandiya 307 yaşlı birlikdən çıxsa, «onun qəlbi çox qırılacaq». Baş nazir söyləyib ki, Şotlandiya daha Krallığa birləşə bilməyəcək.

Seçicilərdən bir sual soruşulacaq: «Şotlandiya müstəqil ölkə olmalıdırmı?».

Nəticələr sentyabrın 19-da səhər bəlli olacaq.

17:00 18.9.2014

MÜSTƏQLLİK TƏRƏFDARLARI SƏSVERMƏ GÜNÜNƏ COŞĞU İLƏ BAĞLAYIRLAR

Şotlandiyada referendum başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

17:02 18.9.2014

ŞOTLANDLAR SƏSVERMƏ MƏNTƏQƏSİNƏ AXŞIRILAR

19:31 18.9.2014

Davamı

XS
SM
MD
LG