Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:57

Şotlandiya Britaniyanın tərkibində qalmağı seçdi

Britaniyanın Şotlandiya əyalətinin müstəqillyinə dair referendumda səslərin sayılması davam etsə də, ilkin nəticələr qəti şəkildə müstəqlliyə “yox” deyən düşərgənin qələbəsini göstərir

Şotlandiya seçiciləri sentyabrın 18-də tarixi referenduma gedərək Birləşmiş Krallığın tərkibində qalmaq və ya müstəqil olmağa səs veriblər.

Diqqət. Referenduma dair məlumatları daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

13:27 19.9.2014

BRİTANİYANIN BÖLÜNMƏZLİYİ TƏRƏFDARLARININ QƏLƏBƏ SEVİNCİ

11:25 19.9.2014

DAVID CAMERON: LONDON VƏDLƏRİNİ TAM YERİNƏ YETİRƏCƏK

David Cameron
David Cameron

Britaniya baş naziri David Cameron deyib ki, o, Şotlandiyanın Birləşmiş Krallıqda qalmağa səs verməsinə «heyran olub». O, müstəqillik tərəfdarı olan seçicilərə «Sizi eşidirik» söyləyib və Şotlandiyaya daha çox səlahiyyət verilməsinə dair Londonun vədlərinin tam yerinə yetiriləcəyini deyib.

Referendumda müstəqilliyə «yox» deyənlər 55 faiz səs üstünlüyü qazanıb.

«Şotlandiya səs çoxluğu ilə qərar verdi ki, bu mərhələdə müstəqil olmasın. Mən xalqın bu hökmünü qəbul edirəm», Şotlandiyanın Milli Partiyasının lideri Alex Salmond Edinburqda tərəfdarlarına deyib.

20:38 18.9.2014

19:31 18.9.2014

Davamı

XS
SM
MD
LG