Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 13:32

Gürcüstandakı rus bazalarının boşaldılması prosesi dayandırılıb

Rusiya Gürcüstandakı hərbi bazalarından qüvvələrin çıxarılmasını müvəqqəti dayandırıb.


Şimali Qafqazdakı Rusiya ordusunun komandiri general Aleksandr Baranov deyib ki, buna səbəb sərhədi keçəcək Rusiya hərbçilərinin təhlükəsizliyinə təminatın olmamasıdır.


Bu həftə Gürcüstanda 4 Rusiya zabitinin həbsi Moskvayla Tbilisi arasındakı gərginliyin daha da artmasına səbəb olub.


Rusiya Gürcüstandakı səfirliyinin əməkdaşlarını çıxarmaqda davam edir. Səfirlikdə cəmi bir neçə diplomat saxlanacaq.


XS
SM
MD
LG