Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:32

Məşhur yazıçılara nəşriyyatlardan verilən rədd cavabları


-

Britaniya yazıçısı J.K.Rowling uşaqlar üçün “Harry Potter” kitablarının hesabına milyarder olub.

Amma bəlkə də az adam bilir ki, evdar qadın J.K.Rowling bu seriyadan olan ilk kitabını - “Harry Potter və Filosoflar daşı”nı ötən əsrin 90-cı illərində 12 nəşriyyata göndərib və onların hamısından rədd cavabı alıb.

Kitabı bir il sonra Londonun kiçik nəşriyyatlarından olan “Bloomsbury” çap etməyə razı olub. Nəşriyyatın direktoru əlyazmanın birinci fəslini 8 yaşlı qızı Alice Newton-a oxumağa verib. Uşaq oxuyan kimi növbəti fəsli istəyib. “Bloomsbury” kitabı çap etməyə razılıq versə də, nəşriyyatın redaktoru Barry Cunningham yazıçıya məsləhət görüb ki, özünə daimi iş tapsın, çünki çətin ki uşaq kitabları yazmaqla dolana bilə.

“Animal farm” (Azərbaycan dilinə tərcümədə “Heyvanıstan”) romanı bu gün görkəmli Britaniya yazıçısı George Orwell-in ən mühüm əsərlərindən sayılır, bu siyasi satira nümunəsi dünyanın onlarla dilinə çevrilib.

1945-ci ildə əsəri 4 nəşriyyat rədd etmişdi. Onlardan biri – “Faber and Faber”in redaktoru, görkəmli şair T.S. Eliot rədd cavabında yazırdı ki, “Biz əmin deyilik ki, bu, müasir dövrdəki siyasi vəziyyəti tənqid etmək üçün münasib baxış bucağıdır”.

"Heyvanıstan" əsərinə illüstrasiya
"Heyvanıstan" əsərinə illüstrasiya

Redaktorun fikrincə, Orwell əsərdə “trotskiçi” mövqedən çıxış edir, amma oxucunu bu mövqeyin doğruluğuna inandıra bilmir. Əsərdə hakimiyyət uğrunda iki donuz qrupu mübarizə aparır. Bir qrup o birini məğlub edir. Onlardan biri Sovet lideri Stalinin, digəri isə ona qarşı müxalifətdə olan Trotskinin

George Orwell
George Orwell

dəstəsinin obrazı sayılır.

T.S. Eliot hesab edir ki, əgər hakimiyyətə gələn şər qüvvə, hakimiyyətdən salınansa pozitiv qüvvədirsə, onda ikinciyə simpatiya hiss olunmalı idi. Bununla yazıçı çatdırmaq istədiyi ideyanı əsaslandırmış olardı. Amma əsərdən bu nəticə çıxmır. Yazıçı hər iki dəstəyə neytral yanaşır. Üstəlik də donuzlar fermadakı başqa heyvanlardan daha ağıllı təsir bağışlayır. Buna görə də fermanı idarə etməyə ən layiqli heyvanlar olduqları təsəvvürü yaranır. Redaktorun fikrincə, əsərdən belə çıxır ki, hakimiyyətdən salınan donuzların hakimiyyətdəki donuzlara qarşı əsas arqumenti onların kommunizm prinsiplərindən uzaqlaşmasıdır. Halbuki əsərin əsas mesajı bu olmamalı idi. “Kommunizmin prinsiplərinə daha çox sadiq donuzlara yox, ictimai mənafedən çıxış edən daha çox donuza ehtiyac vardı (əlbəttə kimsə bununla razılaşmaya bilər)” – deyə T.S.Eliot yazırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG