Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

İslam Dövləti öz könüllülərini İstanbuldan yığmağa başlayıb -Mətbuat icmalı


-

Azərbaycanı Belarusla müqayisə edirlər ki, Avropada Belarus yeganə diktatira deyil.

İslam Dövləti könüllüləri İstanbulun ətrafında yığmağa başlayıb.

İtaliyanın Toskana vilayətinin Lucca şəhərində hər 10 ev alıcısından 6-sı rus və ümumiyyətlə, keçmiş SSRİ ərazisindən olan oliqarxlardır.

Dünya mediası bu gün nədən yazır?

BELARUS TƏK DEYİL

Guardian qəzetində Ryhor Astapenia yazır ki, vaxtilə ABŞ Dövlət katibi Condoleezza Rice Belarusa “Avropanın axırıncı diktaturası” demişdi.

O vaxtdan bu, klişeyə çevrilib. Hətta Belarus haqda 2012-ci ildə çıxan kitablardan 2-sinin adında “axırıncı diktatura” sözləri vardı. Bunlardan birini Britaniyanın Belarusda keçmiş səfiri Bennet yazıb.

Müəllif yazır ki, Belarusda doğrudan da siyasi, iqtisadi, social azadlıqlar məhduddur. Lukashenko 20 ildir prezidentdir. Seçkilər azad deyil.

Ancaq Astapenia hesab edir ki, cəmiyyət üzərində nəzarət o səviyyədə deyil ki, bunu totalitar dövlət adlandırasan.

Belarus diktatorluq kimi Avropada tək deyilı. Müəllif Azərbaycanı misal çəkərək iddia edir ki, Azərbaycanda təxminən 100 siyasi məhbus var, Azərbaycanda insan haqlarının vəziyyəti dəhşətlidir, avtoritarlıq hakimdir. Ancaq Azərbaycana qarşı heç bir sanskiya yoxdur.

Astapenia xüsusi qeyd edir ki, Belarus və Azərbaycan avtoritarizmləri sırf belarusların və azərbaycanlıların problemidir.

İSLAM DÖVLƏTİ İSTANBULA GƏLİB-ÇIXIB

İslam Dövləti İstanbulun kənarlarında könüllülər yığmağa başlayıb. Bunu Newsweek jurnalı yazır.

Jurnalın müxbiri Deniz Shahin adlı bir türk qadını ilə söhbət edib. Deniz Shahinin keçmiş əri Sadik bir gün ona zəng edib, deyib ki, 2 uşağını görmək istəyir. Bu, Deniz üçün sürpriz olub. Çünki içkiyə aludə olan Sadik islama qayıdıb, içkini tərgitmişdi, ancaq uşaqlarına heç vaxt maraq göstərmirdi.

Sadik uşlaqlarını götürüb-aparıb və az sonra - keçən ilin aprelindən Ankaranın yaxınlığındakı Kazan şəhərciyindəki evindən 2 uşağı ilə birlikdə yoxa çıxıb.

O yoxa çıxandan bir həftə sonra Denize şəkil göndərib. Həmin şəkildə gülümsəyən Sadikin əlində tapança var idi. Barmağını göyə tuşlamışdı, bu isə dünyanın hazırda ən qorxulu təşkilatının – İslam Dövlətinin işarəsidir.

İndi uşaqlar öz cihadçı ataları ilə birlikdə Suriyanın Raqqa vilayətindədirlər.

Onlar aldadılıb və ya oğurlanıb Suriyaya, İraqa aparılan ola bilsin ki, minlərlə türkdən biridirlər.

Jurnal yazır ki, ildə 35 milyon turistin gəldiyi və İslam Dövlətinin nəzarət etdiyi ərazilərlə dəlik-deşik sərhəddi olan Türkiyə İslam Dövləti üçün çox cəlbedicidir.

Uelsdəki NATO sammitində ABŞ prezidenti Barack Obama dedi ki, İslam dövləti ilə mübarizədə Türkiyə koalisiyinın “özəyinə” daxildir. Ancaq Deniz Shahin Türkiyə hökumətinin İslam Dövlətinin Türkiyəyə nüfuzu ilə mübarizə aparmaq istəyəcəyinə və ya bacaracağına şübhə edir.

İyun ayında Türkiyənin Milliyet qəzeti yazırdı ki, İslam dövləti təşkilatına 3 min türk qoşulub.

Keçmiş diplomat Sinan Ulgen deyir ki, heç bir NATO ölkəsinə İslam Dövləti bu qədər təhlükə yaratmır, nəinkii Türkiyəyə.

Hökumət rəsmisi isə jurnala deyib ki, Türkiyə hökuməti “İslam Dövlətinə qarşı “yumşaq deyil”. Ancaq yersiz hay-küydən qaçır”.

Jurnal daha sonra yazır ki, İslam Dövləti isə İstanbulda könüllülər toplayır. 25 yaşlı Ahmet Beyaztash milliyətcə kürddür, İstanbulda maşın mexaniki işləyirdi. O keçən ay İslam Dövləti yaraqlıarına qoşulub. Ahmet 19 gənclə birlikdə iki mikroavtobusa minib, Suriyaya yola düşdü.

Ahmetin qardaşı, 30 yaşlı Kenan müəllim işləyir.

O deyir ki, polis bunun qabağını almaq üçün heç nə etmir. O deyir: “Burda çoxlu, çoxlu belə adamlar var. Polis isə heç nə etmir. Mən özüm kürdəm, solçuyam. Əgər 4 kürd bir yerə toplaşırsa, onda dövlət dərhal onları dağıdır. Dövlət bunun qabağını ala bilər, əgər əlbəttə ki, istəsə”.

RUSİYALI OLİQARXLAR TOSKANADA MALİKANƏ AXTARIR

Daily Telegraph qəzeti yazır ki. İtaliyanın Toskana vilayətində yerləşən Lucca şəhərində hər 10 ev alıcısından 6-sı Rusiyadan və ümumiyyətlə, keçmiş Sovet İttifaqı məkanındandır.

Rusiyalı oliqarxlar indiyə qədər Toskanada sahil kurortu olan Forte dei Marmini zəbt etmişdilər. Onlar burda Milanlı sənayeçilərin villalarını alırdılar, şəhərdə onların Ferrari-ləri şütüyürdü.

Ancaq Ukrayna böhranı başlanandan rusiyalı oliqarxlar Toskananın içərilərinə doğru irəliləyirlər.

Ev alqı-satqısı ilə məşğul olan itlaiyalı dəllal Dimitri Corti deyir ki, hazırda bir rusiyalı oliqarx 17-ci əsr binası olan Villa Paolinanı almaq üçün sifariş verib.

Bu villada vaxtilə Napoleonun bacısı Pauline Bonaparte yaşayıb.

Corti deyir ki, evləri təkcə rusiyalılar almır. “Bir ukraynalı bura bir aylığa istirahətə gəlmişdi, sonra ailəsini burda qoyub-getdi, indi isə qayıdıb, ev almaq istəyir.”

Corti bir maraqlı fikir də söyləyir. O rusların niyə

Toskananın içərilərinə doğru hərəkət etdiyini belə izah edir ki, “rusların özləri deyirlər ki, onlar rus çox olan yerdən qaçırlar”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG