Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:09

Edam xəbərindən sonra "İslam Dövləti"nə qarşı koalisiya güclənir


Britaniya vətəndaşı edamdan qabaq
Britaniya vətəndaşı edamdan qabaq

Suriyada Britaniya vətəndaşı olan humanitar təşkilat əməkdaşının edam xəbərindən sonra Qərb müttəfiqləri "İslam Dövləti"nə qarşı kampaniyaları sərtləşdirirlər.

Sentyabırın 13-də İD David Hainesin başının kəsilməsi görüntülərini yayıb.

Hərəkətin icraçısı bildirir ki, bu, İraqın şimalındakı kürd peşmərgə döyüşçülərinə göndərilən Britaniya silahlarına görə alınan qisasdır.

Britaniyanın baş naziri David Cameron qatilləri tutmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Britaniya ABŞ prezidenti Barack Obamanın "İslam Dövləti"nə hücum planına qoşulub.

Avstraliya isə beynəlxalq koalisiyaya 600 əsgər və 10 hərbi təyyarı göndərməyi planladığını bildirib. Bu koalisiyaya ABŞ, Türkiyə, NATO və 10 ərəb körfəzi dövləti daxildir.

XS
SM
MD
LG