Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 05:29

Xırdalanda partlayış baş vermiş binanın bir hissəsi boşaldılır


Xırdalanda partlayış: Ölən və yaralananlar var
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Xırdalanda partlayış: Ölən və yaralananlar var

-

Xırdalanda ötən gün partlayış baş vermiş binanın bir hissəsi boşaldılır.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış baş vermiş blokdakı 4 ailənin, həmin bloka bitişik olan bloklardan isə 5 ailənin əşyaları mənzillərindən çıxarılıb.

Binanın partlayış baş vermiş bloku isə artıq sökülüb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov APA-ya bildirib ki, partlayış baş verən blokdan və ətrafındakı bloklardan ümumilikdə 9 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.

XS
SM
MD
LG