Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 02:47

Donetsk aeroportu atəşə tutulur


Donetsk beynəlxalq aeroportu

-

Ukrayna ordusu bildirir ki, sentyabrın 9-na keçən gecə separatçılar Ukrayna ordusunun Donetsk beynəlxalq aeroportunda olan mövqelərini raket atəşinə tutublar. Bu haqda xəbər verən Müdafiə nazirliyi itki olmadığını deyir. Donetsk aeroportuna Ukrayna hökumət qüvvələri nəzarət edir, may ayından bəri separatçılar dəfələrlə strateji əhəmiyyəti olan aeroportu ələ keçirməyə uğursuz cəhdlər ediblər.

Sentyabrın 5-də hökumət qüvvələri ilə rusiyayönlü separatçılar arasında atəşkəs elan olunub.

Müdafiə Nazirliyi bildirib ki, atəşkəsin pozulması nəticəsində cəbhə bölgələrində 4 hərbçi həlak olub, 29 əsgər isə yaralanıb.

Ukrayna ordusu və separatçılar bir-birini atəşkəsi pozmaqda ittiham edir, ancaq ümumilikdə atəşkəs hələlik qüvvədə qaldığı bildirilir.

XS
SM
MD
LG