Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:19

Kerry İslam Dövləti qruplaşmasına dair danışıqlar üçün Yaxın Şərqə gedir


John Kerry

John Kerry

-

ABŞ dövlət katibi John Kerry bu həftə Səudiyyə Ərəbistanı və İordaniyaya səfər edərək region liderləri ilə İslam Dövləti (İD) silahlı qruplaşmasının yaratdığı hədələri önləmək yollarını müzakirə edəcək. Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, görüşlərdə regionun İD-ə qarşı yeni hücumlara necə yardım edəcəyi diqqət mövzusu olacaq.

Psaki deyib ki, 40-dan çox ölkə İD yaraqlılarına qarşı köməyə hazır olduğunu deyib. Bu qrup Suriyada və İraqın şimalında böyük ərazilər tutub.

Sentyabrın 10-da isə Prezident Barack Obama İD-nin məhvi üçün daha geniş strategiya açıqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG